...

AZƏRİQAZ QSC BAKIDA TƏXMİNƏN 54 MİN YENİ QAZ SAYCAĞI QURAŞDIRIB

Energetika Materials 31 Avqust 2005 11:40 (UTC +04:00)

Azəriqaz QSC martın əvvəlindən indiyə kimi Bakıda 53 930 yeni qaz sayğacı quraşdırıb. Bu barədə Trend ə QSC-dən məlumat verilib. Onların 12 260-ı abunəçilərin, 41 670-i isə QSC-nin hesabına quraşdırılıb. İlin sonuna qədər Bakıda 90 min qaz sayğacının quraşdırılması nəzərdə tutulub.

QSC-də onu da qeyd ediblər ki, 2006-cı ilin sonuna kimi paytaxtın bütün abunəçilərinin mənzilləri qaz sayğacları ilə təmin olunacaq.

Nazirlər Kabinetinin 8 mart 2005-ci il tarixli 43 saylı sərəncamı çərçivəsində 120 min sayğac alınıb, ilin sonuna qədər isə onların quraşdırılması başa çatacaq.

"Sənayecihaz" Azəriqaz QSC-ni G-2,5 markalı 50 min və G-4 markalı 40 min sayğacla təmin edəcək. Onların tədarükünə $1,790 mln tələb olunur.

Tezliklə Belarusiyanın Belamo şirkəti Azəriqaz QSC-yə G-6 markalı 30 min qaz sayğacı tədarük edəcək. Müqavilənin dəyəri $840 mindir.

Xəbər lenti

Xəbər lenti