...

SIEMENS AZƏRBAYCAN DÖVLƏT RESPUBLİKA ELEKTRİK STANSİYASININ YENİDƏNQURULMASI ÜZRƏ LAYİHƏDƏ İŞTİRAKDA MARAQLIDIR

Energetika Materials 31 Avqust 2005 13:57 (UTC +04:00)

Almaniyanın Siemens şirkəti Mingəçevirdəki Azərbaycan Dövlət Respublika Elektrik Stansiyasının (DRES) yenidən qurulması layihəsində iştirakda maraqlıdır. Şirkətin Azərbaycandakı nümayəndəsi Samir Axundovun Trend ə verdiyi məlumata görə, Siemens -in bu layihədə iştirakı üçün ərizə verməsi məsələsi tenderin şərtlərindən asılı olacaq və tender sənədləşməsində müəyyən olunacaq.

Planda ümumi dəyəri 135 milyn. dollar olacaq bu layihənin 100 milyn. dolları Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdiriləcəyi nəzərdə tutulub. Azərbaycanın suveren zəsmanəti altında maliyyənin ayrılmasının bəyənilməsi noyabrın 1-də bankın Di rektorlar Şurasının iclasında təqdir olunacağı planlaşdırılıb.

AzDRES-in ötən əsrin 80-ci illərindən fəaliyyətdə olan 8 enerji blokunun yüenidən qurulması layihəsi "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2008-ci illər)"ndə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti