...

SUMQAYITDA BUXAR-QAZ QURĞUSUNUN İNŞASI ÜZRƏ İŞLƏR 2007-Cİ İLİN NOYABRINDA BAŞA ÇATACAQ

Energetika Materials 31 Avqust 2005 14:44 (UTC +04:00)

Cari ilin sonuna kimi Sumqayıtda buxar-qaz qurğusunun (BQQ) inşası layihəsi üzrə avadanlıqların sifarişi və s. ilə bağlı işlər həyata keçiriləcək. Şirkətin Azərbaycanda nümayəndəsi Samir Axundovun Trend ə bildirdiyinə görə, hazırda layihənin hazırlanması üzrə işlərə başlanılıb, əsas avadanlıqlların sifariş olunması proseduru başa çatıb və ikinci dərəcəli avadanlıqlar sifariş edilir.

O, layihə üzrə işlərin 2007-ci ilin noyabrında başa çatacağını qeyd edib.

Qeyd edək ki, mayın 23-də "Azərenerji" SC və Siemens şirkəti arasında Sumqayıtda buxar-qaz qurğusunun tikintisi üzrə müqavilə imzalanıb. Avqustun 12-də ölkə prezidentinin iştirakı ilə onun bünövrəsi qoyulub.

Xəbər lenti

Xəbər lenti