...

"CƏNUB-QƏRBİ QOBUSTAN"DAN 7 MİN BAR. NEFT İXRAC EDİLİB

Energetika Materials 31 Avqust 2005 17:29 (UTC +04:00)

2005-ci ilin ikinci rübündə "Cənub-Qərbi Qobustan" müqavilə sahəsindən ixrac edilən neft 7,4 min barrel təşkil edib ki, bu da Bakı-Novorossiysk boru kəməri ilə nəql edilib. Trend bildirir ki, bu barədə Arawak Energy -nin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, "Cənub-Qərbi Qobustan" sahilboyu blokunda yerləşən "Kənizadağ" yatağındakı 101saylı quyu 3800 metr layihə dərinliyi ilə 3611 metr dərinlikdə qazılıb.Bir sıra səbəblərdən qazma dayandırılıb və qazma qurğusu "Duvannı" yatağında yeni istismara verilmiş qaz quyusuna göndərilib.

Bu quyuda işlər başa çatdıqda qazma qurğusu yenidən "Kənizədağ" yatağında 101 saylı quyuya layihə dərinliyinin əldə edilməsi üçün göndəriləcək. Qazma yekunlarına əsasən quyu sınaqdan keçiriləcək və nəticələr 2005-ci ilin II rübünə gözlənilir.

"Cənub-Qərbi Qobustan"-nın ARDNŞ ilə bağlanmış PSA üzrə işlənib-hazırlanması üçün, GOC yaradılıb. CGL-nin GOC-da payı 80%-ə bərabərdir, qalan hissə isə Dövlət neft şirkətinə (ARDNŞ) məxsusdur. Arawak-nın CGL-də payı 37,17%, qalan hissə isə China National Petroleum Company qrupuna məxsusdur. Arawak Energy -nin əsas sərmayədarı 41,15% payla Rosco S.A.-dır.

Xəbər lenti

Xəbər lenti