...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ NOVOROSSİYSKDƏN 300 MİN TONA YAXIN NEFT YÜKLƏYƏCƏK

Energetika Materials 31 Avqust 2005 17:56 (UTC +04:00)

Sentyabrda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Novorossiysk limanından üç tanker partiyası ilə 296 min ton neft yükləmək niyyətindədir.

Novorossiyskə yaxın olan mənbənin Trend ə verdiyi məlumata görə, sentyabrın 12-13-də ABƏŞ 1 saylı körpüdən 138 min ton,daha iki partiya isə hər birində 79 min ton olmaqla şirkət tərəfindən 2 saylı körpüdən 18-19 və 24-25 sentyabrda yüklənəcək.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabrın 29-30-da Novorossiskdəki 2 saylı körpüdən 79 min ton neft yükləmək niyyətindədir. Bu partiyanın yüklənməsi üzrə tenderin sentyabrın 7-də bağlanması gözlənilir.

Ümumilikdə, Azərbaycan sentyabr ayında Novorossiysk limanından 375 min ton neft yükləmək niyyətindədir. Xammal limana Bakı-Novorossiysk boru kəməri vasitəsilə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti