...

BAKIDA QAZ İSTEHLAKÇILARININ BORCU $141,3 MLN.-A ÇATIB

Energetika Materials 31 Avqust 2005 18:28 (UTC +04:00)

Bakıda qaz istehlakçılarının borcu 650 mlrd. manata ($141,3 mln) çatıb. "Bakqaz" İB-nin rəis müavini Nüsrət Qasımov "Tpend" agentliyinə bildirib ki, həmin həcmdən 298 mlrd. manat əhalinin güzəşt almayan hissəsinin payına düşür.

"İyulda İB tədarük olunan qazın dəyərinin yalnız 30%-ni toplayıb.İdarə tərəfindən yığımın artırılması üçün bir sıra tədbirlər həyata keçirilir, amma bunlar lazımi nəticələr vermir" - deyə o qeyd edib.

Borcların göstərilən həcmi ötən illər və cari ilin yeddi ayı ərzində yaranıb.Qış dövrü borcların həcmi daha da artacaq, çünki qaza tələbatın artmasına baxmayaraq abunəçilər az ödəyirlər. "Bakqaz" İB qarşısında istehlakçıların borcu ötən il ərzində 371 mlpd. manatı ötüb. 2003-cü ildə əhalidən istifadə olunmuş qaza görə vəsait yığımının səviyyəsi 50% təşkil edib.

Xəbər lenti

Xəbər lenti