...

BARMEK AZƏRBAYCAN ŞİRKƏTİNDƏ BAŞ MENECER POSTU LƏĞV EDİLİB

Energetika Materials 1 Sentyabr 2005 13:57 (UTC +04:00)

Trend in məlumatlı mənbələrə istinadən xəbər verdiyi kimi, Barmek Azərbaycan şirkətində baş menecer vəzifəsi ləğv edilib, bu barədə. Baş menecer Çingiz İbadov Hacıqabu-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürdüyünə görə, işdən öz xahişi ilə çıxıb.

Mənbədə o da bildirilir ki, şirkətdə yeni - prezidentin müavini vəzifəsi yaradılıb və bu vəzifəyə əvvəllər şirkət prezidentinin müşaviri olmüş Ömər Güner təyin edilib.

Barmek Azərbaycanda əməkdaşlar arasında korrupsiya faktlarının üzə çıxarılması ilə əlaqədar restrukturlaşdırma işləri davam etdirilir. Avqustda aralarında idarə, şəbəkə və departament rəhbərlərinin də olduğu 16 əməkdaş bu faktla bağlı işdən uzaqlaşdırılıb. 25 nəfərə isə şiddətli töhmət verilib.

İşdən çıxarılanların sayının artacağı gözlənilir. Şirkət rəhbərliyi Baş Prokurorluğa müraciət edərək pozuntularla bağlı sənədləri təqdim etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti