...

YANVAR-AVQUSTDA ARDNŞ NOVOROSSİYSKDƏN NEFT DAŞINMASINI AZALDIB

Energetika Materials 1 Sentyabr 2005 17:57 (UTC +04:00)

Yanvar-avqust ayları ərzində ARDNŞ Novorossiysk limanından 1,3 mln. ton Ural nefti daşıyıb ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 430 min ton azdır.Bu barədə Trend agentliyinə ARDNŞ-də bildirilib.

ARDNŞ-dən verilən məlumata əsasən, avqustda Novorossiyskdən daşınan Ural nefti 308,1 min ton təşkil edib ki, bu da 2005-ci ilin iyul ayı ilə müqayisədə 223,4 min ton, 2005-ci ilin avqust ayı ilə müqayisədə isə 70,9 min ton çoxdur.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü ildən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli tarifi $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti