...

AVQUSTDA "HEYDƏR ƏLİYEV ADINA " NEFT EMALI ZAVODU NEFT MƏHSULLARININ İXRACINI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ AZALDIB

Energetika Materials 1 Sentyabr 2005 18:25 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (MİƏİ) "Heydər Əliyev adına" Neft Emalı Zavodundan (keçmiş "Azərneftyanacaq") 660,9 min ton müxtəlif neft məhsulları ixrac edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 62,4 min ton çoxdur. Bu barədə Trend ə NEZ-nun tərikibinə daxil olduğu ARDNŞ-dən məlumat verilib.

Avqustda ARDNŞ MİƏİ-nin neft emalının ixracı 46,5 min ton təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 107,9 min ton azdır.

Avqustda iyula nisbətən neft məhsullarının ixracınını aşağı düşməsinin əsas səbəbi "Heydər Əliyev adına" NEZ-na mazutun ixracının dayandırılması olub.

ARDNŞ-in məlumatına görə, avqustda neft məhsulları dünya bazarında aşağıdakı qiymətlərdə satılıb (FOB MED (Italy)): avtomobil benzini -1 tonu 622,57 dollar (üstəgəl 78,06 dollar olan iyul qiyməti), aviasiya kerosini -- 1 tonu 621,50 dollar (52,81 dollar), dizel yanacağı 1 tonu 568,86 (49,04 dollar), mazutun bir tonunun dəyəri 288,35 dollar (16,70 dollar) olub.

Yanvar -avqust aylarında ARDNH MİƏİ-nin neft məhsullarının ixracının ümumi cədvəli belədir:

Ad

Yanvar-avqust 2005-ci il.

+/- yanvar-avqust 2004-cü il.

avqust 2005-ci il.

+/- iyul 2005-ci il

Avtomobil benzini

210,3

-9,4

21,3

-10,3

Dizel yanacağı

271,2

-6,5

20,7

-27,4

Aviasiya yanacağı

104,5

10,3

1,4

-7,8

Butan

9,4

3,2

2,4

2,2

Mazut

65,5

65,5

0,6

- 64,3

Cəmi

660,9

62,4

46,4

-107,9


Xəbər lenti

Xəbər lenti