...

BAKIDA "KİV-İN İNVESTİSİYAYA TƏSİRİ" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİR

Energetika Materials 2 Sentyabr 2005 15:14 (UTC +04:00)

Sentyabrın 2-də Barmek Azerbaycan (Bakı və Gəncənin elektrik paylayıcı şəbəkəsinin operatoru) "Sosial-iqtisadi tədbirlər" layihəsi çərçivəsində "KİV-in investisiyalara təsiri " mövzusunda konfrans keçirir, Bu barədə Trend məlumat yayıb.

Konfransda məruzə ilə iqtisad elmləri doktoru Zahid Məmmədov çıxış edib.

O, KİV-in investisiya layihələrinin həyata keçirilməsinə müsbət və mənfi təsirlərindən danışıb.

"Təcrübə göstərir ki, hər hansı bir bank və ya şirkətin fəaliyyəti barədə mənfi məqalə onun birjalarda səhmlərinni dəyərinin az da olsa aşağı düşməsinə səbəb ola bilər. KİV cəmiyyətdə şirkətləp və ya müxtəlif şəxslər barədə mənfi və ya müsbət fikir yarada bilər ", - deyə qeyd edib.

Ekspert qeyd edib ki, dərc olunmuş məlumatlar investisiyaların qoyulmasına mane ola bilər. "Məsələn, Barmek Azerbaycan şirkəti AYİB-lə elektrik şəbəkələrinin inkişafına sərf etmək üçün 40-50 milyon dollar məbləğində kredit almaq barədə razılıq əldə edib.

Lakin Azərenerji Səhmdar Cəmiyyətinin rəhbərinin ünvanına dərc olunmuş hər hansı mənfi informasiya şirkətə krediti almaqda mane ola bilər ", - deyə o qeyd edib.

Z.Məmmədov həmçinin bildirib ki, informasiyanın "tezkorlanan məhsul" olması ilə əlaqədar onları faktları yoxlamadan nəşr edirlər. Ekspert hesab edir ki, yeni etika məcəlləsinin hazırlanması, informasiya bazasının yaradılması, mətbuat xidmətlərinin şəffaflığının və səmərəliliyinin təmin edilməsi zəruridir.

Yayım Şurasının sədri Cahangir Məmmdli qeyd edib ki, jurnalistlərin etika məcəlləsi mövcuddur və onların öz işlərində ona riayət etmələri zəruridir.

Xəbər lenti

Xəbər lenti