...

ARDNŞ ANSHAD PETROL BİRGƏ MÜƏSSİSƏSİNDƏN 16 MİLYON KUBMETR SƏRBƏST QAZ ALIB

Energetika Materials 2 Sentyabr 2005 18:29 (UTC +04:00)

Anshad Petrol (BM) 2005-ci ilin yanvar -avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 16,3 milyn. kubmetr sərbəst qaz satıb ki, bu da ötən ilin 8 ayında olduğundan 8,6 milyn. kubmetr çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat veriblər.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" müqavilə sahəsindən qaz hasil edir. BM ilk sərbəst qaz satışına 2004 -cü ilin aprelində 2 milyn. kubmetr qaz satmaqla başlayıb.

ARDNŞ-in məlumatına görə, avqustda Anshad Petrol 0,8 milyn. kubmetr qaza satıb ki, bu da iyulda reallaşdırıldığından 0,3 milyn. kubmetr azdır. ARDNŞ Anshad Petrol-dan qazı 65 min manata alır (1 kubmetri 13 dollara) və "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə verir ki, o da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İstehsalat Birliyinə paylayır.

Anshad Petrol BM-si 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol tərəfindən "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol olub.

Lakin 1997-ci ildən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildən Malaziyanın Land and General Berhad şirkəti layihənin iştirakçısı olub və Atilla Dogan Petrol-un payından 17,15% alıb.

Xəbər lenti

Xəbər lenti