...

DÖVLƏT NEFT ŞİRKƏTİNİN NEFT VƏ QAZ HASİLATININ MAYA DƏYƏRİ ARTIB

Energetika Materials 2 Sentyabr 2005 18:41 (UTC +04:00)

2005-ci ilin yanvar-iyul aylarında Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində bir ton neftin hasilatının maya dəyəri 198 791 manat (41,2 dollar) təşkil edib. ARDNŞ-in Trend ə verdiyi məlumata görə, bu, 2004-cü ilin göstəricilərindən 1 dollar çoxdur.

Ötən il hasil olunan 1 ton neftin maya dəyəri 189311 manat (40,2 dollar), 2003-cü ildə 164949 manat (35), 2002-ci ildə 159405 manat (33,8 dollar) təşkil edib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, hasil olunan 1 kubmetr qazın orta maya dəyirində də artım qeydə alınıb. Cari ilin yanvar-iyul aylarında o, 117 051 manat (24,5 dollar) təşkil edib ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 2,3 dollar çoxdur.

Ötən il 1 kubmetr qazın orta maya dəyəri 104797 manat (22,2 dollar), 2003-cü ildə 90747 manat (19,2 dollar), 2002-ci ildə 90808 manat (19,2 dollar) təşkil edib.

Xəbər lenti

Xəbər lenti