İqtisadi İnkişaf Nazirliyi Bamek Azərbaycan şirkəti (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkə operatoru ) ilə qarşılıqlı hesabların monitorinqini keçirib. Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul məlumat verib.
Onun sözlərinə görə, monitorinqin yekunları üzrə şirkətin alınmış elektrik enerjisinə görə Azərenerji SC-yə 85 mlrd manat ($18,4 mln), hökumətin isə Barmek Azərbaycan şirkətinə 225 mlrd manat ($48,9 mln) borcu var. "Bu, nazirliyin məlumatıdır və mənim şərhimə ehtiyac yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, Azərenerji SC-nin iddialarına görə, Barmek Azərbaycanın SC-yə borcu 102 mlrd manatı ($21,6 mln ) keçir.