...

ARDNŞ NEFT-QAZÇIXARMA İDARƏLƏRİ NEFT-QAZ VERİLMƏSİNİ CÜZİ AZALDIB

Energetika Materials 3 Sentyabr 2005 13:36 (UTC +04:00)

Yanvar-avqust ayları ərzində ARDNŞ-nin neft-qazçıxarma idarələri (NQÇİ) şirkətə ixrac və emal üçün 5347,1 min ton hasilatla 5288,1 min ton müxtəlif keyfiyyətli neft verib.Bu barədə Trend agentliyinə ARDNŞ-də bildirilib. Yanvar-avqustda xarici şirkətlər ARDNŞ-nin iştirakı ilə quru yataqlarda karbo-hidrat hasil edən müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində ARDNŞ-ə həm ixrac, həm də "Yerli bazarın nefti" şərtləri ilə 644,1 min ton hasilatla 644,2 min ton verib.

Yanvar-avqustda ARDNŞ NQÇİ emal və ölkənin daxilində böylüşdürülməsi üçün şirkətlərə 2546,4 mln. m3 həcmində yanacaq hasilatı ilə 2169,1 mln. m3 qaz verib.

Yanvar-avqustda xarici şirkətlər ARDNŞ-nin iştirakı ilə quru yataqlarda karbo-hidrat hasil edən müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində ARDNŞ-ə 68,4 mln. m3 hasil edərək 20,2 mln. m3 qaz verib.Azad qaz satışı çərçivəsində isə Anshad Petrol MM ARDNŞ-ə bu həcmdən 16,3 mln. m3 qaza. gerçəkləşdirib.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-avqustda "Azəri-Çıraq-Günəşli" yatağında 974,8 mln. m3 qaz hasil edib və bununla ARDNŞ-ə yanacaq verilməsi 858,1 mln. m3 təşkil edib.

Azərbaycanda 2005-ci ilin yanvar-avqustunda neft-qaz verilməsi cədvəli belədir:

Neft

(min ton)

Avqust 2005-ci il

yanvar-avqust 2005-ci il

yanvar-avqust 2004-cü il

Fakt

plan

Fakt

%

Fakt

%

Cəmi

752,7

5759,1

5932,3

103

5895,2

100.6

NQÇİ

671,1

5233

5288,1

101,1

5317,9

99,4

MM vəPSA

81,6

526,1

644,2

122,4

577,3

111,6

Qaz

(mln. m3)

Cəmi

465,2

2809,9

3063,7

109

2805,1

109,2

ARDNŞ

276,1

2135,9

2189,3

102,5

2269

96,5

NQÇİ

273,9

2089,3

2169,1

103,8

2235,3

97

ABƏŞ

188,3

674

858,1

127,3

528,4

162,4

MM vəPSA

2,2

46,6

20,2

43,3

33,7

59,9

Xəbər lenti

Xəbər lenti