...

STATOIL BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ AKTAU-BAKI BORU KƏMƏRİNİN ÇƏKİLMƏSİNDƏ İŞTİRAK EDƏ BİLƏR

Energetika Materials 5 Sentyabr 2005 14:12 (UTC +04:00)

(Kazakhstan today ) - Norveçin Statoil dövlət neft şirkəti Bakı-Tbilis-Ceyhan layihəsi çərçivəsində Aktau-Bakı boru kəmərinin çəkilməsində iştirak etməyin mümkünlüyünü istisna etmir. Bu barədə Statoil-un Qazaxıstan üzrə baş meneceri Per Eynar Rettedal iəlumat verib.

P. E. Rettedalın sözlərinə görə, bu il Qazaxıstanın BTC layihəsinə birləşməsi barədə razılaşmanın imzalanmasından sonra Qazaxıstannı karbohidrogenininAktau-dan Bakıya nəql olunması barədə bir neçə variant nəzərdən keçiriləcək. Statoil şirkəti Xəzərin dibi ilə boru kəmərinin çəkilişlərinə hazırdır. Məlum olduğu kimi, burada qazax tərəfinin iştirakı da istisna olunmur, - deyə o, izah edib.

Bundan başqa, şirkətin baş meneceri qeyd edib ki, neft sahəsində zəngin iş təcrübəsinə malik olan Statoil ən son texnikaya malik avadanlıqlarla təchiz olunmuş xüsusi gəmilərə malikdir ki, bu da həm suyun altında, həm də quruda boruları çətinlik çəkmədən quraşdırmağa imkan verir. Gəmidə həmçinin boru tökmə mini zavodu da fəaliyyət göstərir.

P. E. Rettedal xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil şirkəti 8,71% iştiraka malikdir.

Məlum olduğu kimi, bu ildən artıq istismarına başlanmış BTC boru kəməri Xəzər dənizi ilə sutkada 1 milyn. barel neft ixrac etməyə imkan verir və bu zaman Bosfor boğazından keçən tankerlərin hərəkətində sıxlıq yaratmır.

Xəbər lenti

Xəbər lenti