...

AZNEFTKIMYAMAŞ ASC-NİN TƏDRİS MƏRKƏZİ ISO 9001-2000 KEYFİYYƏT SERTİFİKATI ALIB

Energetika Materials 5 Sentyabr 2005 17:19 (UTC +04:00)

Azneftkimyamaş ASC-nin tədris mərkəzi ISO 9001-2000 keyfiyyət sertifikatı alıb. ASC-nin tədris mərkəzinin rəhbəri Cabir Həsənov Trend ə bildirib ki, sertifikat tədris mərkəzinə UKAS (United Kingdom Associated Standard) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Moody International şirkəti tərəfindən təqdim edilib.

Bu şirkətin nümayəndəlri tərəfindən tədris mərkəzində audit keçirilib və bunun nəticəsində sertifikatın verilməsi haqqında qərar qəbul edilib.

Həsənovun sözlərinə görə, mərkəz faktiki olaraq sertifikatın sahibidir, amma yaxın vaxtlarda müəssisənin rəhbər şəxslərinin iştirakı ilə bu münasibətlə təntənəli mərasimin keçirilməsi planlaşdırılır.

Hazırkı vaxtadək təşkilatın 9 müəssisəsi ISO 9001 sertifikatını alıb və 5 müəssisə öz məhsullarını (American Petroleum Institute) API ticarət markası ilə istehsal edir.

Tədris mərkəzində kurslar metrologiya, metalın texnologiyası, API üzrə menecment və ISO 9001 keyfiyyət nəzarəti AutoCAD və s. üzrə aparılır və yüksək ixtisaslı mühəndislər və işçilər hazırlanır.İndiyədək həmi istiqamətlərdə 60-dan çox mühəndisə beynəlxalq standartlara müvafiq sertifikatlar verilib.

ISO 9001:2000 - bu, şirkətlərin idarəedilməsində qabaqcıl dünya təcrübəsinə əsaslanan və istehsal təşkilatlarının tələblərini əhatə edən beynəlxalq standartdır. Sertifikat informasiya sistemlərinin təhlili, layihələşdirilməsi, ötürülməsi, tətbiqi və dəstəyi, eləcə də bu sahədə məsləhətləşmə xidmətlərinin göstərilməsi kimi fəaliyyət növlərini yayır.

Xəbər lenti

Xəbər lenti