...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ AŞAĞI DÜŞÜB

Energetika Materials 5 Sentyabr 2005 17:28 (UTC +04:00)

Sentyabrın 2-də AZERI LT CIF neftinin 1 barelinin qiyməti 67,33 dollar təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən 1,04 dollar azdır. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Sentyabrın 2-də URAL (EX-NOIO) neftinin bir barelinin qiyməti 59,55 dollar təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən 0,95 dollar azdır. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Sentyabrın 2-də Brent (DTD) neftinin bir barelinin qiyməti 65,90 dollar təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən 1,06 dollar aşağıdır. İyunun 24-də bir barel Brent (DTD) neftinin qiyməti $57,17 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,02 azdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti