...

ARDNŞ-NİN PREZİDENTİ "AZƏRBAYCANIN NEFT TƏSƏRRÜFATI" JURNALININ 85 İLLİYİ MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏK

Energetika Materials 5 Sentyabr 2005 18:24 (UTC +04:00)

Sentyabrın 6-da ARDNŞ prezidenti Natiq Əliyev "Azərbaycanın neft təsərrüfatı" ixtisaslaşdırılmış jurnalının 85 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, mərasimdə həmçinin Dövlət neft şirkətinin geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, müxtəlif yerli və xarici neft şirkətlərinin nümayəndələri və d. iştirak edəcək.

Jurnal geologiya, neft-qaz quyularının qazılması, neft emalı və neft-kimya və s. sahələrdə problemləri və yeni işlənib-hazırlanma layihələrini işıqlandırır.Jurnalın baş redaktoru akademik A.Mirzəcanzadədir.

Xəbər lenti

Xəbər lenti