...

ASTARADA MODUL ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ KEÇİRİLƏCƏK

Energetika Materials 6 Sentyabr 2005 14:08 (UTC +04:00)

Yaxın vaxtlarda Astarada modul elektrik stansiyasının təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçiriləcək. Bu barədə Trend ə Astara rayonunun İcra Hakimiyyətinin başçısı Məzahir Hüseynov məlumat verib.

Onun sözlərinə görə, elektrik stansiyası hər birinin 8,7 MVt gücü olan 10 moduldan ibarət olacaq. Bu, respublikanın regionlarında istismara veriləcək eyni tipli 52 elektrik stansiyasından birincisi olacaq. Astarada stansiyanın tikintisi ilin sonuna kimi başa çatmalıdır.

M.Hüseynov bildirib ki, yüksək səviyyədə keçiriləcək mərasimin keçiriləcəyi dəqiq tarix məlum deyil. Onun sözlərinə görə, rayonda bununla əlaqədar hazırlıq işləri, eyni zamanda abadlıq işləri aparılır.

Rayonda, həmçinin, qaz kompressor zavodu və konserv kombinatı da istismara hazırdır.

Astaranın İcra Hakimiyyətinin başçısının birinci müavini həmçinin bildirib ki, rayonun mərkəzi prospektinə Heydər Əliyevin adı verilib və burada yüksək səviyyədə abadlıq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti