...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZIN VERİLİŞİNİ ARTIRIB

Energetika Materials 6 Sentyabr 2005 16:30 (UTC +04:00)

"Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturı) cari ilin yanvar -avqust aylarında Azərbaycana ötən ilin müvafiq dövründəki 3,002 milyrd. Kubmetrə qarşı 3,246 milyrd. kubmetr qaz verib. Bu barədə Trend ə Azəriqaz QSC-dən məlumat verilib.

Azəriqazın nümayəındəsinin sözlərinə görə, avqustda "Qazeksport" Azərbaycana 296 milyn. kubmetr qaz verib ki, bu da iyul ayında şirkətin ixrac etdiyindən 54,6 milyn. kubmetr azdır.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kubmetri 60 dollar olmaqla 6 milyrd. kubmetr qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazıməmməd boru kəməri vasitəsilə verilir.

"Sentyabrda "Qazeksport" artıq Azərbaycana 36,8 milyn. kubmetr qaz verib", - deyə Azəriqazdan bildiriblər.

Xəbər lenti

Xəbər lenti