...

AZNEFTKİMYAMAS İLİN ƏVVƏLİNDƏN 13 MİLYON DOLLARDAN ARTIQ MƏHSUL İSTEHSAL EDİB

Energetika Materials 6 Sentyabr 2005 18:40 (UTC +04:00)

Bu ilin yanvar -avqust aylarında Azneftkimyamas ASC-nin istehsal artımının sürəti ötən ilin analoji dövrü ilə müqayisədə 109% təşkil edib. ASC-dən Trend ə verilən məlumata görə, bu müddət ərzində Azneftkimyamas -da 61 milyard manatlıq (13,249 milyn. dollar) neft sənayesi, geoloji-kəşfiyat avadanldıqları, sənaye və elmi-texniki xidmətləri üçün alətlər və onların ehtiyat hissələri istehsal edib.

Bu ilin avqustunda ASC-nin istehsal həcminin göstəricisi 7,5 milyrd. manat (1,629 milyn. dollar ) təşkil edib.

ASC-nin ən məhsuldar müəssisələri 10 milyard manatlıq məhsul istehsal edən Səttarxan adına maşınqayırma zavodu, 8,2 milyard manatlıq məhsul istehsal edən Supaxanı maşınqayırma zavodu, 7,5 milyardlıq məhmul istehsal edən Sabunçu EİB, 7,7 milyard manatlıq məhsul istehsal edən Bakı fəhləsi maşınqayırma zavodu olub.

Xəbər lenti

Xəbər lenti