...

AZƏRBAYCANIN DAXİLİ TƏLƏBATLARININ TƏMİN EDİLMƏSİ ÜÇÜN İLDƏ 8 MLRD. M3 QAZ LAZIMDIR

Energetika Materials 7 Sentyabr 2005 17:28 (UTC +04:00)

Azərbaycanın daxili tələbatlarının təmin edilməsi üçün ildə 8 mlrd. m3 qaz lazımdır.Bu barədə Trend ə Azəriqaz QSC-nin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyev bildirib.

"Azərbaycanın qaza tələbatı respublikanın 16 mlrd m3 qaz aldığı 1990-cı il səviyyəsində müəyyən edilir.Bugünkü gündə QSC yerli tələbat üçün 4,9 mlrd. m3 qaz alır, 2006-cı ildə isə 5 mlrd. m3. alacaq.Hələlik bizim tələbatımız təmin edilməyib" -deyə o qeyd edib.

Tədarük olunan qaz üçün vəsaitin yığılmasına gəlincə, T.Allahverdiyev qeyd edib ki, 8 ay ərzində QSC qaz istehlakçılarına qaza 484 mlrd. manat məbləğində qaz verib. "İstehlakçılar 259 mlrd. manat ödəyib. Ödəmələrin ən aşağı səviyyəsi əhalinin 24,9% təşkil etdiyi kateqoriyaya məxsusdur" -deyə o fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti