...

AZƏRKIMYA KİMYƏVİ MƏHSULLARIN YENİ NÖVLƏRİNİ İSTEHSAL ETMƏYƏ BAŞLAMAĞI PLANLAŞDIRIR

Energetika Materials 7 Sentyabr 2005 17:41 (UTC +04:00)

Azərkimya dövlət şirkəti kimyəvi məhsulların yeni növlərini istehsal etməyə başlamağı planlaşdırır.Bu barədə Trend ə Azərkimya DŞ-nin prezidenti Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, hazırda etilbenzol istehsalı üzrə qurğunun yenidən qurulması işləri aparılır, bunun nəticəsində benzol, stirol, etilbenzol, kauçuk və lateks istehsalı həyata keçiriləcək.Artıq bu qurğu üçün xammal alınmasına başlanılıb.

F.Sadıqov qeyd edib ki, bu işlərin gerçəkləşdirilməsi ilə 500 nəfərin iş yeri ilə təmin olunması gözlənilir.

İlin sonunadək Azərkimya kimyəvi məhsulların istehsal həcmini ötən ilin 546 mlrd.manat göstəricisinə qarşı 600 mlrd. manatadək artırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti