...

BARMEKŞİRKƏTİNİN RƏHBƏRİ BİR SIRA ƏMƏKDAŞLARI ÖZ VƏZİFƏSİNDƏN AZAD EDİB

Energetika Materials 8 Sentyabr 2005 15:50 (UTC +04:00)

Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabulun sərəncamı ilə şirkətin bir sıra əməkdaşları öz vəzifəsində azad edilib.İnformasiya mənbələrindən Trend ə məlum olub ki, Bakı enerji paylayıcı şəbəkəsinin tərkibinə daxil olan Yasamal elektrik enejisinin satışı və istismarı idarəsinin işçiləri azad edilib.

Mənbələrin məlumatına görə, xüsusilə idarənin rəisi və yüksək vəzifə tutan iki əməkdaş işdən azad edilib. "Bunun səbəbi şirkətin yenidən qurulmasıdır.

Bu tədbirin keçirilməsində məqsəd keyfiyyətli xidmətin səmərəliliiynin, məhsuldarlığının, nəzarətin və təmin edilməsinin artırılmasıdır " -deyə mənbə qeyd edir.

Avqustda keçirilmiş yoxlamalar nəticəsində şirkətin aralarında idarə, şəbəkə və departament rəhbərləri və d. olan 16 əməkdaşı aşkar edilmiş pozuntular, korrupsiya və səlahiyyətindən sui-istifadə ilə bağlı olaraq işdən uzaqlaşdırılıb.Bununla yanaşı, 25 əməkdaş ciddi töhmət alıb.

Xəbər lenti

Xəbər lenti