...

AZƏRENERJI JBIC İLƏ İRİ TENDERİN İŞTİRAKÇI ŞİRKƏTLƏRİNİN SİYAHISINI RAZILAŞDIRIB

Energetika Materials 8 Sentyabr 2005 18:09 (UTC +04:00)

Azərenerji SC Yaponiyanın beynəlxalq əməkdaşlıq bankı (JBIC) ilə "Şimal" DRES-də 400 MVt ikinci buxar-qaz qurğusunun (BQQ) tikintisi layihəsi çərçivəsində məsləhətçinin seçilməsi üçün tenderin keçirilməsində iştirak edəcək şirkətlərin siyahısını razılaşdırıb.Bu barədə Trend ə Azərenerji SC-də bildirilib.

Siyahıda 2 yapon şirəkti olan 4 xarici şirkət vardır.SC yaxın perspektivdə tender keçirmək və podratçının seçilməsi üçün tender şərtlərinin hazırlanmasına başlamaq niyyətindədir.

JBIC-in Shimal DRES-də 400 MVt gücündə ikinci BQQ-nin tikintisi üçün Azərbaycana uzunmüddətli 29 mlrd. 280 mln. yapon yieni ($275 mln.-dan çox) həcmində kreditin verilməsi sazişi mayın 13-ə Bakıda imzalanmışdı. JBIC Azərbaycana krediti 40 il müddətinə 10 illik güzəştlə 0,75% dərəcə faizi ilə verib. Layihənin ümumi dəyəri $330 mln.-dan çox təşkil edir.

Xəbər lenti

Xəbər lenti