Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Supsa limanından bir partiya Azəri Light mənfəət neftinin satışı üzrə tender elan edib.
Şirkətdən Trend ə verilən məlumata görə, tender sentyabrın 14-də bağlı elan ediləcək, 1 mln barel neftin yüklənməsi isə oktyabrın 6-7-nə nəzərdə tutulub.
AR DNŞ-in keçirdiyi əvvəlki tenderin qalibi sentyabrın 30-u oktyabrın 1-də Supsadan 1 mln barel (135 min ton) Azəri Light markalı neft yükləyəcək Almaniyanın Select Energy GMBH şirkəti olub. Bu şirkət Supsadan neftin satışı üzrə tenderdə artıq ikinci dəfə qalib gəlib.
Sentyabrda "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəmiş Azərbaycan beynəlxalq əməliyyat şirkəti üzrə tərəfdaşlar Supsadan 430 min ton neft (4 tanker) yükləməyi planlaşdırır.