...

SHIRIANOIL OPERATING COMPANY-NİN YARADILMASI İLƏ BAĞLI MƏSƏLƏ AR DNŞ RƏHBƏRLİYİ İLƏ MÜZAKİRƏ OLUNUB

Energetika Materials 14 Sentyabr 2005 14:18 (UTC +04:00)

Shirvanoil Operating Company-nin yaradılması ilə bağlı məsələ sentyabrın 14-də AR DNŞ-in maliyyə məsələləri üzrə vitse-prezidenti Şahin Mustafayevin iştirak etdiyi iclasda müzakirə olunub. Bu barədə Trend məlumatlı mənbələrə istinadən xəbər verir.

Shirvanoil Operating Company "Kürovdağ" quru yatağının reabilitasiyası, kəşfiyyatı və işlənməsi ilə məşğul olan Shirvanoil birgə müəssisəsinin (BM) bazasında yaradılacaq.

Shirvanoil BM-in ləğv edilməsi üzrə komissiya onun əmlakının inventarlaşdırılması və şirkətin balansına köçürülməsi üzrə həyata keçirilən işlər barədə iclas iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, Shirvanoil Operating Company-nin yaradılması üçün qısa müddət ərzində bir sıra sənədləri təqdim etmək və bu istiqamətdə mövcud problemləri həll etmək lazımdır. Shirvanoil əməliyyat şirkətinin 2005-ci ilin sonuna kimi yaradılması planlaşdırılır.

2005-ci il avqustun 1-i üçün SP-nin quyu fondu 333 ədəd təşkil edib, bu göstərici 2005-ci il yanvarın 1-də 332-yə bərabər olub. Yeni strukturun yaradılması ilə əlaqədar yeni quyular qazılmır. Lakin fəaliyyət göstərməyən quyular bərpa olunur.

"Kürovdağ" yatağının reabilitasiyası, kəşfiyyatı və işlənməsi üzrə müqavilə 2004-cü il noyabrın 5-də Bakıda imzalanıb. Yatağın operatoru hazırda AR DNŞ-in 49%, Britaniyanın Caspian Energy Group şirkətinin isə 51% malik olduğu Shirvanoil BM-dir.

Xəbər lenti

Xəbər lenti