"Bakqaz" İstehsalat Birliyi (Azəriqaz QSC-in strukturu) cari ildə istixana təsərrüfatlarına verilən qaza görə vəsaitin yığımın artırmaq niyyətindədir. Bu barədə İstehsalat Birliiyndən (İB) Trend ə məlumat verilib.
"Bakqaz" ötən ildən istixana təsərrüfatlarının sahibləri ilə qazın verilməsinə dair müqavilələr imzalayıb. Hazırda İB-nin 4 mindən artıq belə təsərrüfatla müqaviləsi var.
İB-dən bildiriblər ki, cari ildə Bakı ətrafında yeni təsərrüfatlar yaradılıb. İndiyə kimi onların sayı 400-ə çatıb. "Biz onları müqavilələrin imzalanması barədə tələblərimizlə bağlı məlumatlandırmışıq. Gözlənildiyinə görə, mövsümün əvvəlinə kimi onlarla da müqavilələr imzalanacaq.
Əks halda onlara qaz verilməyəcək ", - deyə "Bakqaz"dan bildiriblər. Ötən il İb ilə bağlanmış müqavilələr çərçivəsində evlərdə və istilik təsərrüfatlarında 7 mindən artıq sayğac quraşdırılıb. Bu həmin obyektlərdən 1,5 milyard manatdan artıq vəsaitin toplanmasına imkan verib.