...

AZƏRBAYCANIN NÖVBƏTİ NEFT MÜQAVİLƏSİ QÜVVƏYƏ MİNİB

Energetika Materials 14 Sentyabr 2005 15:50 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabrın əvvəlindən "Binəqədi" quru neft-qaz yataqları blokunun bərpası və işlənməsi üzrə PSA tipli müqavilə qüvvəyə minib. Qeyd edək ki, həmin bloka "Binəqədi", "Girməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandar" və "Siyənşor" sahələri daxildir.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, bu 25 illik müqavilənin qüvvəyə minmə tarixi 2005-ci il sentyabrın 1-ə təyin edilib. "Bunun üçün tərəflər bütün müqavilədən əvvəlki şərtləri yerinə yetiriblər. Sənəd ölkə parlamentində ratifikasiya olunub, müvafiq zəmanətlər alınıb və s.", - deyə ARDNŞ-dən bildiriblər.

"Binəqədi" üzrə müqaviləyə görə, Azərbaycan Dövlət Neft şirkətinə 25%, Azen Oil Co. Şirkətinə - 75% təhkim edilib. Sonuncu müqavilə üzrə tərəfdaş kimi Azərbaycanın Azpetrol və Türkiyənin Enka şirkətləridir . Azen Oil investisiyaları ARDNŞ üçün yerləşdirəcək.

Azen Oil-un layihə üzrə Azərbaycana 1 milyon dollar həcmində bonus ödəyəcək və 3 il ərzində sçahələrdə neft hasilatını 1,5 dəfə artıracaq. Əldə olunan bütün sərbəst qaz pulsuz olaraq ARDNŞ-ə veriləcək.

Yataqlarda geoloji neft ehtiyatları 132 milyn. ton təşkil edir. Bu zaman çıxarılan ehtiyatlar 12,8 milyn. ton neft təşkil edir. Hazırda yataqlarda 3600 qaxzılmış quyu mövcuddur. Onlardan 595 ədədi fəaliyyət göstərir, 2280 ədədi isə fəaliyyətdə deyil. Hazırda blokda sutka ərzində 286 ton neft hasil edilir. Yataqların müqavilə sahəsi 4.300 hektar təşkil edir.

Xəbər lenti

Xəbər lenti