...

AZƏRBAYCAN PARLAMENTİ YENİ NEFT MÜQAVİLƏSİNİ TƏSDİQ ETMƏYƏ HAZIRLAŞIR

Energetika Materials 14 Sentyabr 2005 16:11 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) avqustun 16-da Dubayın Rafi Oil şirkəti ilə "Suraxanı" quru yatağının işlənməsi və reabilitasiyası haqqında imzaladığı müqaviləni Milli Məclisin təsdiqinə verib.

Şirkətdən Trend ə verilən məlumata görə, Milli Məclisin xüsusi komissiyası müqaviləni gələn həftə təsdiq etməyi nəzərdə tutur. Müqavilədə Rafi Oil 70%, AR DNŞ isə 25% paya malikdir.

"Suraxanı" yatağı 1904-cü ildə açılıb. Həmin vaxtdan bu günə kimi 114,5 mln ton neft və 10 mlrd m3-dən artıq qaz hasil edilib. 1931-ci ildə ən yüksək hasilat göstəricisi qeydə alınıb. Yataqdan 4,189 mln ton neft hasil edilib.

Yataqdan çıxarıla bilən qalıq nefti 6,822 mln ton təşkil edir. Çıxarıla bilən potensial ehtiyatlar isə 94%-dir. Hazırda müqavilə sahəsində 492 quyu istismar edilir ki, onların da 234-ü işləyən quyulardır. Layihəyə qoyulan investisiyanın həcmi $400 mln dəyərində qiymətləndirilir.

Rafi Oil müqavilə üzrə iki il ərzində hasilatı 1,5 dəfə artırmağı öhdəsinə götürür. Müqavilə 25 il müddətinə bağlanıb və qüvvəyə mindikdən sonra şirkət Azərbaycan hökumətinə $1 mln ölçüsündə bonus ödəyəcək.

Xəbər lenti

Xəbər lenti