...

BARMEK AZERBAYCAN SUMQAYITDA VƏ XAÇMAZDA MÜŞTƏRİLƏRƏ XİDMƏT MƏRKƏZİ AÇMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 14 Sentyabr 2005 17:51 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) ilin sonunadək Sumqayıtda və Xaçmazda müştərilərə xidmət mərkəzi açmaq niyyətindədir.Bu barədə Trend ə Barmek Azerbaijan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda mərkəzlərin yerləşdiriləcəyi yerlər müəyyən edilir. "Şirkət ümumilikdə Sumqayıt enerjipaylayıcı şəbəkəsinin tərkibinə daxil olan 21 belə mərkəzi (11-i Bakıda, qalanları isə regionlarda) istismara verməyi planlaşdırır" -deyə o qeyd edib.

Sentyabrın 9-da Bakıda şirkətin paytaxtda ilk müştərilərə xidmət mərkəzinin açılış mərasimi keçirildi.Yeni mərkəz xidmət yolunda bürokratik əngəllərin aradan qaldırılması və Azərbaycan paytaxtı sakinlərinin bir sıra kommunal problemlərinin həll edilməsinə imkan verir.

Mərkəz bütün həftə boyu saat 08:30-dan 21:00-dək fəaliyyət götərir. Burada abunəçilərin bütün suallarına operativ olaraq cavab verilir, ödəmələr və idarələr üzrə problemlər həll edilir.Mərkəzin açılması ilə həmçinin texniki şərtlərin alınması prosedurası da sadələşdirilib.Bundan sonra abunəçilər texniki şərtləri gün ərzində 5 MVt-dək ala biləcək.

Xəbər lenti

Xəbər lenti