...

GOBUSTAN OPERATING COMPANY DÖVLƏT NEFT ŞİRKƏTİNƏ QAZ SATMAĞA HAZIRLAŞIR

Energetika Materials 15 Sentyabr 2005 12:30 (UTC +04:00)

2005-ci ilin 4-cü rübündə Azərbaycan Dövlət Neft Şirkəti ilə qaz əməliyyatlarına başlamaq üçün Gobustan Operating Company Ltd sahildə yerləşən və "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinə daxil olan "Duvannı" yatağında istsimar quyusunun qazılmasını davam etdirir. Trend in məlumatına görə, öu barədə Arawak Energy-nin press-relizində bildirilir.

ARDNŞ-lə bağlanmış PSA üzrə "Cənub -Qərbi Qobustan" yatağının işlənməsi üçün GOC yaradılıb. GOC -da CGL-in payı 80%-ə bərabərdir, digərləri isə Dövlət Neft Şirkətinə məxsusdur. CGL -də Arawak-ın payı 37,17%-ə bərabərdir, digərləri isə China National Petroleum Company qrupuna məxsusdur. Arawak Energy -nin əsas aksionerləri 41,15%-lik iştirak payı ilə Rosco S.A.şirkətidir.

Sənəddə qeyd olunur ki, bu quyunun qazılmasından sonra qazma qurğusu "Kənizdağ" yatağında qazılan quyunun istismar hissəsində işləri tamamlamaq üçün qaytarılacaq. Quyunun layihə dərinliyi 3800 metr təşkil edir. Bu quyuda işlərin cari ilin 4-cü rübündə başa çatdırılacağı gözlənilir.

İkinci rübdə "Cənub-Qərbi Qobustan"dan neft ixracı 7,4 min barel təşkil edib və Bakı-Novorossiysk boru kəmərinə vurulub.

Xəbər lenti

Xəbər lenti