...

DÖVLƏT NEFT ŞİRKƏTİ SUPSADAN NEFT PARTİYASININ SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 15 Sentyabr 2005 13:28 (UTC +04:00)

Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Supsa limanından gəlirli Azeri Light növlü neftin satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Türkiyənin Tupras şirkəti olub. Şirkət oktyabrın 6-7-də 1 milyon barel neft yükləyib göndərəcək.

ARDNŞ-in bundan əvvəl elan etdiyi tenderdə Almanyianın Select Energy GMBH şirkəti qalib gəlmişdi. Həmin şirkət sentyabrın 30-da və oktyabrın 1-də Supsadan 1 milyon barel (135 min ton) Azeri Light nefti yükləyəcək. Qeyd edək ki, Select Energy GMBH bu il artıq ikinci dəfədir ki ARDNŞ-in Supsadan neft satışı üzrə elan etdiyi tenderinin qalibi olur.

Sentyabrda "Azəri -Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Axzərbaycana Beynəlxalq Əməliyyat Şirkəti üzrə tərəfdaşlar Supsadan 430 min ton neft yükləməyi planlaşdırırlar. Belə həcmdə neft dörd tanker partiyalarına yüklənəcək.

Xəbər lenti

Xəbər lenti