...

AZƏRBAYCAH HEFTİNİN QİYMƏTİ YENİDƏN QALXIB

Energetika Materials 15 Sentyabr 2005 14:01 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, sentyabrın 14-də bir barel AZERI LT CIF neftinin qiyməti 63,66 dollar təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən 0,86 dollar çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Sentyabrın 14-də bir barel URAL (EX-NOIO) neftinin bir barelinin qiyməti 56,01 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə 0,90 dollar azdır. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Sentyabrın 14-də bir barel Brent (DTD) neftinin qiyməti 61,64 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə 0,54 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti