...

YANVAR-AVQUST AYLARINDA BARMEK İSTİFADƏÇİLƏRƏ SAATDA 7854,49 MLN KVT ELEKTRİK ENERJİSİ TƏDARÜK EDİB

Energetika Materials 15 Sentyabr 2005 15:25 (UTC +04:00)

Yanvar-avqust aylarında Barmek Azərbaycan şirkəti Bakı və Sumqayıtın elektrik şəbəkələrinin istifadəçilərinə saatda 7854,49 mln kVt elektrik enerjisi tədarük edib.

Şirkətdən Trend ə verilən məlumata görə, avqustda istifadəçilərə 86 459 052,1 manat dəyərində saatda 748,62 mln kVt enerji tədarük edilib. İstifadəçilər bu məbləğin 75%-ni, əhali kateqoriyasına daxil olan abunəçilər isə 36%-ni ödəyiblər.

Bakıda 64 909 783,298 manat həcmində elektrik enerjisi tədarük olunub. Abunəçilər bu məbləğin 78,4%-ni, əhali kateqoriyasına daxil olan abunəçilər isə 37,8%-ni ödəyiblər. "Sumqayıtelektrikşəbəkə" abunəçiləri 21 549 268,8 manat həcmində enerjisi istifadə edərək, bu məbləğin 64,6% və müvafiq olaraq 31,3%-ni ödəyiblər.

2004-cü ildə Barmek Azərbaycan şirkəti Bakı və Sumqayıtın enerji istifadəçilərinə saatda 10 563,65 mln kVt elektrik enerjisi tədarük edib. Əhali bu enerjinin dəyərinin 23,9%-ni, abunəçilər isə 91,1%-ni ödəyiblər.

Xəbər lenti

Xəbər lenti