...

AZERIQAZ SENTYABRIN 25-NƏ KİMİ AZƏRBAYCAN QAZINI İRANA TƏDARÜK ETMƏYƏ BAŞLAMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 15 Sentyabr 2005 17:03 (UTC +04:00)

Azeriqaz Qapalı Səhmdar Cəmiyyəti sentyabrın 25-nə kimi Naxçıvan Muxtar Respublikasının qaz təchizatının bərpaçı layihəsi çərçivəsində Azərbaycan qazının İrana tədarük edilməsinə başlamaq niyyətindədir. Bu barədə Trend ə sentyabrın 15-də Azəriqaz QSC-nin sədrinin müavini Nazim Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran sərhəddindəki Astara şəhəri yaxınlığındakı qaz-kompressor stansiyasının (QKS) yoxlanması həyata keçirilir. "Burada nəzərdə tutulmuş müddətə başa çatdırmaq üçün fəal işlər həyata keçirilir. Lakin işlərin sürətinə hava şəraitinin təsiri də istisna olunmur ", - deyə o qeyd edib.

Ölkə prezidenti İlham Əliyevini də iştirak edəcəyi QKS-nın açılışı 2005-ci il sentyabrın 8-də həyata keçirilib. İranla bağlanmış müqaviləyə görə, Azərbaycan İrana 55 atmosfer altında verilməlidir.

QKS-nın tikintisini Sumsk (Ukrayna) maşınqayırma zavodunun Elmi İstehsalat Birliyi tərəfindən 80 milyrd. manata (17,5 milyon dollara yaxın) aparılıb.

Xəbər lenti

Xəbər lenti