...

AR DNŞ BATUMİDƏN BİR PARTİYA NEFTİN SATIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 16 Sentyabr 2005 11:41 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən bir tanker Azəri Light markalı mənfəət neftinin satışı üzrə tender elan edib.

AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin sentyabrın 21-də bağlanacağı, neftin isə oktyabrın 7-8-də FOB şəraitində yüklənəcəyi nəzərdə tutulub.

Batumi neft terminalı ildə 15 mln tona qədər neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton çəkiyə malik tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min tondur.

Bundan əvvəl elan olunmuş tenderin qalibi iyulun 24-25-də FOB şəraitində 80 min ton neft nəql etmiş Arcadia treyderi olub.

Xəbər lenti

Xəbər lenti