...

DÖVLƏT NEFT ŞİRKƏTİ PETROGAS ÜÇÜN AVİASİYA NEFTİNİN TƏDARÜKÜNÜ BƏRPA EDƏ BİLMİR

Energetika Materials 16 Sentyabr 2005 13:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilin sonuna kimi Britaniyanın Petrogas şirkəti üçün "Heydər Əliyev adına" (keçmi Azerneftyanacag) NEZ-nun istehsalı olan TS-1 markalı aviasiya neftinin ixrac tədarükünü ilin sonuna kimi bərpa etməyi planlaşdırmır.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, şirkət TS-1 neftinin satışı üçün bu gün tender elan edə bilməz. Çünki Azal Dövlət Şirkəti (yerli aviasiya şirkəti) bu neft məhsuluna olan tələbatını artırıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, ola bilər ki, bu il ağ neftin ixrac tədarükünü bərpa etmək ümumiyyətlə mümkün olmasın. "Petrogas-la müqavilə 2005-ci il iyulun 31-dək imzalanıb. Müqavilə həcmi 50 min ton təşkil edir. Lakin biz Batumiyə yalnız 25 min ton ağ neft tədarük etmişik", -deyə ARDNŞ-dən bildiriblər.

Petrogas-a qədər ARDNŞ ağ nefti İsveçrənin Glencore treyderinə yükləyirdi. Tədarük edilən ağ neftin həcmi 75 min ton təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti