...

AZNEFTKİMYAMAS $12,6 MLN HƏCMİNDƏ MƏHSUL SATIB

Energetika Materials 16 Sentyabr 2005 13:38 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust aylarında Azneftkimyamas ASC 58 mlrd manatdan artıq həcmdə (təxminən $12,6 mln) məhsul satıb. ASC-dən Trend ə verilən məlumata görə, ixracın həcmi təxminən 29 mlrd manat ($6,3 mln) olub. Məhsulun qalan 50%-i isə daxili bazarda satılıb.

Azneftkimyamas ASC Azərbaycan prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamas DŞ-nin bazasında yaradılıb. Onun tərkibinə 14 maşınqyaırma zavodu, 4 elmi-tədqiqat və layihə institutu daxildir.

ASC-də qeyd olunub ki, bu dövr ərzində Səttarxan adına maşınqayırma zavodu 6,5 mlrd manat ($1,5 mln) məbləğində məhsul satıb. Onun 5 mlrd manatı ($1,07 mln) məhsulların ixracından əldə olunub. Bakı fəhləsi 6,4 mlrd manat (təxminən $1,4 mln), Sabunçu NEZ 6,5 mlrd manatdan artıq ($1,5 mln) məhsul satıb. 1 mlrd manat həcmində (təxminən $215 min) məhsul isə ixracın payına düşür.

İxracdan əldə olunan həcmin 12,5 mlrd manatı ($2,5 mln dollardan çox) Rusiyanın, 5,5 mlrd manat ($1,2 mln) Qazaxıstanın, 4,5 mlrd manat ($983 min) Ukraynanın, 500 mln manat (təxminən $107 min) Türkmənistanın payına düşür.

2004-cü ildə Azneftkimyamas-da 85 mlrd (təxminən $18 mln) dəyərində məhsul istehsal olunub. Bu il həmin göstərici 77 mlrd manat (təxminən $17 mln) təşkil edib.

Xəbər lenti

Xəbər lenti