...

AZƏRBAYCAN NEFT-QAZ BORULARI TƏDARÜKÜNÜ XEYLİ AZALDIB

Energetika Materials 16 Sentyabr 2005 16:52 (UTC +04:00)

2005-ci ilin yanvar-iyulunda Azərbaycan quru və dəniz yataqlarında əməliyyatlar aparılması üçün 95702,7 ton müxtəlif metal borular idxal deib ki, bu da 2004-cü ilin yanvar-iyulu ilə müqayisədə 58% azdır.

Ölkənin Dövlət statistika komitəsində Trend ə bildirilib ki, həmin dövr ərzində $94638,6 min məbləğində boru idxal olunub ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 46.2% azdır.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ARDNŞ, xarici şirkətlər PSA tipli müqavilə əsasında və xarici kapital payı ilə ARDNŞ MM məşğul olur.

Dövlət statistika komitəsində qeyd olunub ki, 2005-ci ilin yanvar-iyul ayları ərzində neft-qaz borularının idxalı payına 49029,3 ton düşüb ki, bu da 2004-cü ilin yeddi ayı ilə müqayisədə 70.2% azdır.2005-ci ilin bu dövrü ərzində neft-qaz boruları $49797.2 min məbləğində idxal olunub ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 54,6% azdır.

Dövlət statistika komitəsində həm də qeyd olunub ki, 2005-ci ilin yeddi ayı ərzində 19146,1 ton qazma borusu alınıb ki, bu da 2004-cü ilin yanvar-iyul ayı ilə müqayisədə 10,9% azdır.Bu mal idxalının ümumi dəyəri $26550,8 min təşkil edib ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 7,9% azdır.

Xəbər lenti

Xəbər lenti