...

AR DNŞ OKTYABRDA BAKI-NOVOROSSİYSKLƏ NEFTİN NƏQLİNİ ARTIRACAQ

Energetika Materials 17 Sentyabr 2005 11:24 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) oktyabrda Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini sentyabra nisbətən 70% artırmağı planlaşdırır.

AR DNŞ-dən Trend ə verilən xəbərə görə, oktyabrda şimal marşrutu ilə 80 min ton neftin nəqli nəzərdə tutulub.

Şirkət nümayəndəsinin sözlərinə görə, oktyabrda Novorossiyskdən 400 min ton neftin yüklənəcəyi gözlənilir ki, bunun da 320 min tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən yüklənəcək.

Sentyabrda ABƏŞ Novorossiyskdən üç tanker partiyası ilə 296 min ton neft yükləyəcək (1tanker - 138 min ton, daha iki tanker - 79 min ton). AR DNŞ bu ay Novorossiyskdən 79 min ton neft yükləyəcək.

Xəbər lenti

Xəbər lenti