...

XARİCİ İNVESTORLAR "PİRALLAHI" YATAĞINI İŞLƏMƏKDƏN İMTİNA EDİRLƏR

Energetika Materials 19 Sentyabr 2005 16:26 (UTC +04:00)

Aparılan bir sıra tədqiqatlardan sonra bəzi xarici şirkətlər hazırda Dövlət Neft Şirkətinin operatoru olduğu "Pirallahı" dəniz yatağının reabilitasiyası və işlənməsi üzrə layihədən imtina ediblər. ARDNŞ-dən Trend ə verilən məlumata görə, müxtəlif şirkətlər layihənin iqtisadiyyatını öyrəniblər. "Bundan sonra onun qeyri-səmərəliliyi üzündən layihədən imtina ediblər", - deyə ARDNŞ-dən bildiriblər.

ARDNŞ yanvar -avqust aylarında öz yataqlarından 6 milyn. ton neft hasil edib ki, bunun da 1,3 milyn. tonu ixrac edilib. Avqustda 761,2 min. ton, ixrac isə 308,1 min ton olub.

"Xarici şirkətlərinin maraqlarını itirdiklərini demək olmaz. Lakin o, əsas etibarilə yalnız quru yataqların işlənməsi perspektivi çərçivəsində mövcuddur. Məsələ burasındadır ki, şirkətlərin əksəriyyətinin dənizdəki neft yataqlarında işləməklə bağlı kifayət qədər təcrübəsi yoxdur və burada qurudakından daha artıq kapital qoymaq lazım gəlir", - deyə ARDNŞ-dən bildiriblər.

Dəniz layihələrinin baha olmasının daha bir səbəbəini ARDNŞ hidrotexniki tikililərin və boru kəmərlərinin tikilməsi ilə izah edir. "Bunun üçün ehtiyatların hasil olunduğu yataqlar cəlbedici, neftin hər tonunun maya dəyəri isə aşağı olmalıdır", - deyə ARDNŞ-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti