...

DÖVLƏT NEFT ŞİRKƏTİ SƏRBƏST QAZIN YIĞIMINI ARTIRACAQ

Energetika Materials 20 Sentyabr 2005 13:46 (UTC +04:00)

"Günəşli" yatağından aşağı təzyiqli sərbəst qazdan məqsədəuyğun istifadəyə dair layihənin reallaşması onun yığımının sutkada 2 milyon kubmetr artırmağa imkan verir. Bu barədə Trend ə Azneft İstehsalat Birliyiin (İB) baş direktoru Yavər Camalov məlumat verib. Azneft İB ARDNŞ-in tərkibinə daxildir. Onun sözlərinə görə, bu qaz Azerbaijan Gas Emali ("Azərbaycan qaz emalı zavodu") Səhmdar Cəmiyyətinə təhvil veriləcək.

Hazırda "Güöneşli"dən sutkada 6,5 milyon kubmetrə qədər qaz hasil ediləcək.

İB-nin baş direktorunun sözlərinə görə, layihə çərçivəsində keçirilən tender vasitəsilə artıq borular arlınıb ki, hazırda onlar quraşdırılır. Həmçinin, "Günəşli"dəki dəniz stasionar platformasında qaz kompressor stansiyasının tikintisi də nəzərdə tutulub.

"Yaxın vaxtlar da kompressorlar da ölkəyə gətiriləcək. "Günəşli"dəki sərbəst qaz toplaynacaq və "Neft Daşları"na göndəriləcək. Oradan isə 68 km uzunluğunda qaz kəməri vasitəsilə saşilə nəql olunacaq ", - deyə o bildirib.

Y.Camalov yüksək təzyiqli qazın nəql olunması üçün 28 km uzunluğunda və sərbəst qazın 68 km-lik kəmərə nəql olunması üçün 23 km-lik yeni qaz xəttinin tikilməsinin vacibliyini də qeyd edib.

Yaponiyanın Japan Oil Engineering Co şirkəti ARDNŞ-ə sərbəst qazdan məqsədəuyğun şəkildə istifadəsi ilə bağlı konsultativ xidmət göstərir. Şirkət qaz itkisinin qarşısını almaq, elektrik stansiyalarında ondan daha qənaətli və səmərəli istifadə edilməsi üçün araşdırmalar aparır.

Xəbər lenti

Xəbər lenti