...

YANVAR-AVQUSTDA AZNEFT İB-NİN KAPİTAL QOYULUŞU $100 MİLYONU ÖTÜB

Energetika Materials 20 Sentyabr 2005 15:27 (UTC +04:00)

Cari ilin 8 ayı ərzində Azneft (ARDNŞ-nin strukturu) İB-nin kapital qoyuluşu planda nəzərdə tutulan 875 mlrd. manata ($190 mln) qarşı 490 mlrd. manat ($106,9 mln) təşkil edib.Bu barədə Trend ə Azneft İB-nin baş direktoru Yavər Camalov bildirib.

Plana görə faktın aşağı düşməsi bir sıra layihələrin gerçəkləşdirilməsinin saxlanılması ilə bağlı olaraq yaranıb.İlin sonunadək kapital qoyuluşu 1,2 trln. manat ($261,8 mln) səviyyəsində planlaşdırılır.

Y.Camalov qeyd edib ki, 2006-cı ildə kapital qoyuluşunun həcminin 2005-ci il səviyyəsi olaraq saxlanılması nəzərdə tutulur. "Şimali Abşeron" yatağında yeni platformaların tikintisi nəzərdə tutulur ki, bu da sahildən 40-60 m kənarda yerləşəcək.

Y.Camalov həm də bildirib ki, "Neft daşları" yatağındakı 18-87 platformasında nəzərdə tutulmuş 36 quyudan 4-ü artıq qazılıb.Hər quyuda sutkada 25-30 ton neft əldə olunması nəzərdə tutulur.

Bundan başqa, "Günəşli" yatağında QMSP -11-də platformanın genişləndirilməsi üçün tikinti işləri aparılır. "Burada 6 qaz quyusu qazılacaq.Qazmanın başlaması üçün qaz xətlərinin çəkilməsi tələb olunur" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti