...

ABƏŞ BU HƏFTƏ YENİ PLATFORMANIN ÜST QURĞULARINI DƏNİZƏ YOLA SALACAQ

Energetika Materials 20 Sentyabr 2005 16:27 (UTC +04:00)

Bu həftə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri" yatağının qərb hissəsində tikiləcək platformanın üst qurğularını dənizdə quraşdırmağı planlaşdırır. Bu barədə Trend ə ABƏŞ-dən bildirilirb. Platforma "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neft və səmt qazının hasilatı üçün nəzərdə tutulub.

"Azəri" yatağının şərq və qərb hissələri AÇG blokunun tam miqyasda işlənməsi üzrə "Faza-2" layihəsi çərçivəsində mənimsənilir. Layihə hər birində 48 quyunun qazılacağı 2 platformanın tikintisini nəzərdə tutur. "Faza-2" çərçivəsində ilk neftin 2006-cı ilin ortalarında alınacağı gözlənilir. Hər iki platformadan ildə 20 mln ton neft çıxarılacaq. Fazanın həyata keçirilmə müddətində 210 mln ton neftin hasil edilməsi planlaşdırılır.

Hazırda SDS Azərbaycan-Amerika BM "Dədə-Qorqud" qazma qurğusu ilə 6-cı öncəqazma quyununun qazılmasını həyata keçirir.

Quyunun layihə dərinliyi 4000 metrdən artıqdır.

Xəbər lenti

Xəbər lenti