...

BAYIA-ENERJI ELEKTRİK ENERJİSİNİN SATIŞI SAHƏSİNDƏ İSLAHATLAR KEÇİRİR

Energetika Materials 20 Sentyabr 2005 18:30 (UTC +04:00)

Bayva-Qərbenerji və Bayva-Jənubenerji enerji paylayıcılarının operatoru olan Bayva-Enerji elektrik enerjisinin satışı sahəsində islahatlar keçirir. Şirkətdən Trend ə verilən məlumata görə, Bayva-Enerji-nin rəhbərliyi müfəttişlərə əmək haqqını sayğacları olmayan və elektrik enerjisinin məsrəfini saxtalaşdıran abonentlərdən yığılan vəsaitin əsasında ödəmək barədə qərar qəbul edib.

Şirkətin məlumatına görə, bu mexanizm nəticəsində əməkdaşların əmək haqqı artıq 2-2,5 dəfə artıb. Bu metodun tətbiqi elektrik enerjisinin satışı üçün vəsaitin toplanmasında yaranan mənfi halları aradan qaldırır. Bu metod vəsaitin toplanmasına müsbət təsir edir. "Bu metodun tətbiq olunduğu andan, yəni iyul ayından etibarən iyun ayına nisbətən Bayva-Qərbenerji-də vəsait toplanışı 236,2 milyon manat və ya 4,9% artıb. Bayva-Jənubenerji -də artım 4,4% təşkil edib", - deyə Bayva-Enerji-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti