...

AZƏRQAZNƏQL İB OKTYABRIN ƏVVƏLİNDƏ "AĞSU-KÜRDƏMİR" VƏ "QARADAĞ-TİFLİS" QAZ XƏTLƏRİNİN ƏSASLI TƏMİRİNİ BAŞA ÇATDIRACAQ

Energetika Materials 21 Sentyabr 2005 13:33 (UTC +04:00)

Azəriqaznəql İB (Aztransqaz İB - Azəriqaz QSC-nin strukturu) oktyabrın əvvəlində "Ağsu-Kürdəmir" (L-4,26 km, D-325 mm) və "Qaradağ-Tiflis" (L-0,8 km, D-720 mm) qaz xətlərinin əsaslı təmirini başa çatdırmağı planlaşdırır. Bu barədə Trend ə İB-də bildirilib.

Əsaslı təmir işləri "Ağsu-Kürdəmir" qaz kəmərinin 10,7-13 km, 14,3-14,7 km, 18,7-20 km, 20-20,3 km hissələrində, "Qaradağ-Tiflis" kəmərinin isə Ceyrankeçməz çayı yaxınlığındakı hissəsində həyata keçirilir. Hazırda təmir işləri başa çatmaqdadır. "Qaradağ-Tiflis" qaz kəmərinin təmiri zamanı Ceyrankeçməz çayı çətinlik yaradır. Suyun artması ilə əlaqədar işlər ləng gedir. Lakin bütün səylər işlərin oktyabrda başa çatmasına yönəldilib", - deyə İB-də qeyd ediblər.

"Ağsu-Kürdəmir" və "Qaradağ-Tiflis" qaz xətlərinin təmiri Azərbaycanın Səyyarməhtikinti şirkəti tərəfindən həyata keçirilir. İşlər avqustun sonunda başlanıb və onların yerinə yetirilməsinə 60 gün vaxt ayrılıb.

Xəbər lenti

Xəbər lenti