...

DÖVLƏT NEFT ŞİRKƏTİ BATUMİDƏN NEFT SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 21 Sentyabr 2005 14:04 (UTC +04:00)

Azərbaycanı Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dənizdəki Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi Azeri Light növündən olan neftin bir satış partiyası üzrə tenderi bağlı elan edib.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Britaniya-Amerika BP şirkəti olub. Şirkət oktyabrın 7-8-də FOB şərtləri ilə Batumidən 80 min ton neft daşıyacaq.

Batumki neft terminalı ildə 15 milyon tona qədər neft məhsullarını yükləyib-boşaltmaq iqtidarındadır. Terminal 4 körpüdə 30-90 min tonluq tankerləri və Aframax tipeli yan buy tipli gəmiləri qəbul edir. Hazırda terminalın rezervuar parkının gücü təqribən 530 min tona yaxındır.

Bundan əvvəlki tenderin qalibi Arcadia treyderi olub. O, iyulun 24-25-də Batumidən FOB şərtləri ilə 80 min ton neft daşıyıb.

Xəbər lenti

Xəbər lenti