...

AZƏRNEFTYAĞ NEFT EMALI ZAVODU İKİ QURĞUNUN ƏSASLI TƏMİRİ ÜZRƏ TENDER HAZIRLAYIR

Energetika Materials 21 Sentyabr 2005 16:39 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Azərneftyağ neft emalı zavodu Avstriyanın Perner şirkəti ilə birlikdə bitum istehsalı üzrə "Bituroks" N401 və neft emalı üzrə ELOU-AVT-6 N305 qurğularının əsaslı təmiri ilə bağlı tenderin elan olunması üçün lazımi sənədləri hazırlayıb. Bu barədə Trend ə NEZ-də bildirilib. Perner "Bituroks" N401 qurğusunun layihəçisidir.

Zavod nümayəndəsinin sözlərinə görə, Bituroks" N401 i GLOU-AVT-6 N305 qurğularının əsaslı təmirini ilin sonuna kimi başlamaq nəzərdə tutulub.

NEZ-də o da qeyd olunub ki, tenderin ilin sonuna kimi elan olunacağı gözlənilir. Azərneftyağ AR DNŞ-in tərkibinə daxildir və neft məhsullarının sərbəst ixracatçısıdır.

Perner şirkəti lazımi avadanlıqların əldə olunması üzrə NEZ-ə məsləhətlər verir və artıq bu qurğunun vəziyyətinin monitorinqini keçirib. Təmir işləri 1-1,5 ay davam edəcək. Bitum istehsal edən qurğunun illik istehsal gücü 250 min ton (200 min ton - asfalt, 50 min - inşaat), benzin istehsalı üzrə ELOU-AVT-6 qurğusunun istehsal gücü isə 6 mln tondur.

Xəbər lenti

Xəbər lenti