...

VERGİLƏR NAZİRLİYİ BARMEK AZERBAYCAN ŞİRKƏTİNİN İŞİ ÜZRƏ İŞLƏRİ DAVAM ETDİRİR

Energetika Materials 22 Sentyabr 2005 14:33 (UTC +04:00)

Barmek Azerbaycan şirkətinin əməkdaşlarının cinayət əməlində əli yoxdur və yaxın günlərdə onlar həbsdən azad oluna bilərlər. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul sentyabrın 22-də ekzkluziv məlumat verib. O, şirkətin iki əməkdaşının Vergilər Nazirliyi tərəfindən saxlanılmasını şərh edib.

Barmek Azerbaycan şirkətinin texniki əməliyyatlar departamentinin rəisi Mahir Novruzov və Suraxanı elektrik şəbəkəsinin keçmiş rəisi Etibar Nəsibov sentyabrın 14-də Azərbaycanın Vergilər Nazirliyinin əməkdaşları 400 milyon manat məbləğində dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs ediliblər (Milli Bankın 22.09.05 tarixində kursu üzrə 87,2 min dollar).

"Biz öz fəaliyyətimizi qanun çərçivəsində və Azərbaycan hökuməti ilə bağlanmış müqaviləyə əsasən həyata keçiririk. Buna görə də biz heç nədən ehtiyat etmirik ", - deyə H.Arabul bildirib.

Barmek Azerbaycan -la Vergilər Nazirliyi arasında hazırda mövcud olan çətinliklərə gəldikdə H.Arabul qeyd edib ki, bu əksinə şirkətin daha səmərəli fəaliyyət göstərməsinə təkan veriri. "Hazırda bizim əsas məqsədimiz qarşıdan gələn qış mövsümündə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir ", - deyə şirkətin prezidenti bildirib.

Vergilər Nazirliyinin mətbuat katibi Fariz Səmədovun Trend ə verdiyi məlumata görə, hazırda Barmek Azerbaycan şirkətinin rəhbəri Hüseyn Arabul tərəfindən xüsusilə ağır cinayətin törədilməsinin əlamətləri araşdırılır. Onun sözlərinə görə, sentyabrın 20-də Barmek Azerbaycan-ın rəhbəri şirkətin 16 573,1 milyon manat məbləğində vergidən yayınması ittihamı ilə əlaqədar şahid kimi dindirilib.

"Lakin əgər zərurət yaranarsa, Hüseyn Arabul həm də günahkar kimi idarəyə çağırıla bilər. Bu zaman o, cinayət törətməkdə ittiham olunan şəxs kimi həbs oluna da bilər. Hazırda artıq şirkətin iki əməkdaşı - texniki əməliyyatlar üzrə departamentin rəisi Mahir Novruzov və "Suraxanı elektrik şəbəkəsi"nin rəhbəri Etimad Nəsibov həbs edilib. Digər əməkdaşların həsi ilə bağlı sanksiya yoxdur ", - deyə F.Səmədov bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi şirkətin maksimum sayda əməkdaşlarını həbs etmək niyyətində deyil. "Bizim vəzifəmiz xalşqın seçdiyi və onun iradəsini təmsil edən Milli Məclisin deputatlarının qəbul etdiyi qanunun icra olunmasıdır. Bununla əlaqədar VN yalnız qanunun icraçısı rolunda çıxış edir ", - deyə F.Səmədov bildirib.

Xəbər lenti

Xəbər lenti